İsraildə Baş nazir əleyhinə etirazlar dağıdılıb- YENİLƏNİB
27 mart 2023 05:21 (UTC +04:00)

İsraildə Baş nazir əleyhinə etirazlar dağıdılıb- YENİLƏNİB

İsrail polisi Təl-Əvivin şərqindəki əsas Ayalon şossesində bir neçə saat davam edən kortəbii anti-hökumət mitinqinin iştirakçılarını dağıdıb.

Lent.az xəbər verir ki, bu barədə İsrailin "13" telekanalı xəbər yayıb.

Polis nümayişi dağıdarkən su şırnaqlarından istifadə edib.

Əraziyə atlı polislər cəlb olunub.

Nümayişçilər bir neçə saat magistral yolu bağlayıb, yanğınlar törədiblər.

Bir neçə saat ərzində aksiyaya müdaxilə etməyən polis daha sonra onları geri çəkilməyə məcbur edib.

***

Saat 04:08

İsraildə martın 26-sı axşam saatlarında başlayan etirazlar genişlənib.

Lent.az xəbər verir ki, bu barədə yerlimətbuat məlumat yayıb.

Etirazlara səbəb Baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantın istefaya göndərməsindən sonra baş verib

O bu qərarı bir gün öncə Qalantın açıq şəkildə Neytanyahunun irəli sürdüyü ədliyyə və parlament islahatları haqqında çıxışına etiraz etdiyi üçün verib.

Hazırda etirazlar Qüdsdə Parlament (Knesset) binası yaxınlığında davam edir.

Aksiyalrda 600 mindən çox insan iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247
avatar

Oxşar yazılar