İsrail və Suriya yeni danışıqlar  raundu keçirəcək
05 yanvar 2026 07:30 (UTC +04:00)

İsrail və Suriya yeni danışıqlar raundu keçirəcək

0

İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi Parisdə keçirilməsi planlaşdırılır.

Lent.az xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq.

Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar