İsmayıl Haniyənin hansı silahla öldürüldüyü  AÇIQLANDI
03 avqust 2024 19:20 (UTC +04:00)

İsmayıl Haniyənin hansı silahla öldürüldüyü AÇIQLANDI

HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə təxminən 7 kiloqram ağırlığında döyüş başlığı olan “qısa mənzilli mərmi” ilə öldürülüb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin HƏMAS siyasi büro rəhbərinin ölümünün qisası "doğru zamanda və yerdə" "ağır cəza" ilə alınacağını bildirib. Açıqlamada Haniyənin qətlinin ABŞ-ın dəstəyi ilə İsrail tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi də vurğulanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Oxşar yazılar