Son seçkilərdəki səslərin hesablanmasından sonra İslandiya parlamentdəki qadınlar sayca çoxluğu itirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin nəticələrə görə, qadınlar 63 deputat yerindən 33-nü qazansa da, sonradan məlum olub ki, yalnız 30 deputat mandatı alıblar.
Beləliklə, İslandiya parlamentdə qadınların çoxluq təşkil etdiyi Avropanın ilk ölkəsi olmayıb.
Bu gün İsveç buna ən yaxındır, burada qadınlar parlamentdəki yerlərin 47 faizini tutur.
Məlumata görə, İslandiya uzun müddətdir ki, gender bərabərliyində lider hesab olunub və Dünya İqtisadi Forumunun hesabatında ardıcıl 12-ci dəfə dünyanın ən bərabərhüquqlu ölkəsi kimi tanınıb.