Hadisə Fransanın Lion şəhərində baş verib.
Lent.az xəbər verir ki, vətənindəki hadisələrə etiraz əlaməti olaraq 28 yaşlı iranlı tələbə intihar edib. Onun meyiti Ron çayından çıxarılıb. Mərhumun üzərindən tapılan məktubda “Mən özümü Ron çayına ataraq intihar etməyə qərar verdim. İran xalqı artıq bu zülmdən yorulub” sözləri yazılıb.