İran Azərbaycanlı futbol əfsanəsi Əli Daeinin həyat yoldaşı və qızının ölkədən çıxışına qadağa qoyub.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bu gün sosial şəbəkələrdə Əli Daeinin həyat yoldaşı və qızının həbs olunduğu xəbərləri yayılmışdı.
İRNA xəbər agentliyi bu xəbərin doğru olmadığını bildirib.
Məlumata görə, Əli Daeinin həyat yoldaşı və qızının ölkədən çıxmasına qadağa qoyulub və onların Dubaya getməsinin qarşısı alınıb.