İranın İRİNN xəbər televiziya kanalına xaker hücumu olub.
Lent.az-ın məlumatına görə, İran Dövlət Televiziya və Radio təşkilatı bildirib ki, xaker hücumu nəticəsində İRİNN kanalının yayımı bir neçə dəqiqəlik dayanıb.
Yayım bir müddət sonra bərpa edilib. Xaker hücumunun detalları barədə məlumat verilməyib.