İranda qadınlarla bağlı  SƏRSƏM QƏRAR:   Göstərmək olmaz
10 oktyabr 2021 01:20 (UTC +04:00)

İranda qadınlarla bağlı SƏRSƏM QƏRAR: Göstərmək olmaz

2

İranın teleyayımçı şirkəti qadınlar pizza yeyəndə televiziyada göstərilməsini qadağan edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, indi İranda qızların dəri əlcək taxmaları, sendviç yemələri və ya qırmızı içkilər içdikləri əks olunan videoları da göstərməmək tövsiyə edilir.

Bundan əlavə, teleşoularda kişilərin iş yerində qadınlara çay tökdüyünü göstərmək də qadağandır.

Əlverişsiz məzmunu filtrləmək üçün yayım şirkətinin nümayəndələri hətta qadınların və kişilərin ev şəraitində olduğu videoçarxları nəzərdən keçirəcəklər.

Striminq xidmətləri isə çox güman ki, öz kontentinin senzura edilməsi ilə müstəqil məşğul olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2984

Oxşar yazılar