Sosial şəbəkələrdə İran Polis Komandanlığına aid olduğu iddia edilən maskalı bir zabitin İranın ali rəhbəri Əli Xameneyinin şəklini yandırmasını əks etdirən video paylaşılıb.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalın görüntülər yayıb.
Görüntülər ölkədə davam edən və genişlənən etiraz aksiyaları fonunda yayılıb.
Görüntülərdəki şəxsin həqiqətən təhlükəsizlik orqanlarına məxsus olub-olmadığı rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Buna baxmayaraq, video qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.