Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində polis rəisi öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər Saravan polis rəisi Əlireza Şəhrakinin maşınına atəş açıb.
Hadisə nəticəsində mayor Şəhraki ölüb, həyat yoldaşı isə ağır yaralanıb.
Atışmanı törədən şəxs və ya şəxslərin axtarışları davam edir.