İranda molla rejiminin hakimiyyəti altında imkansızlıq və səfalət içində yaşayan xalq artıq bu vəziyyətdən beziblər.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, hətta vətəndaşlardan biri imkansızlıqdan ürəyini satmağa qərar verib.
O, Məşhəd şəhərində küçələrə orqanlarının satışı ilə bağlı elanlar yapışdırıb.
Elanlardan birində yazılır:
"Ailəm və uşaqlarım üçün, ev kirayəsini ödəyə bilmədiyim üçün ürək də daxil olmaqla bədən üzvlərimi və orqanlarımı satıram”.