İranda həbsxanada qiyam: ölən və yaralananlar var  
18 dekabr 2022 02:33 (UTC +04:00)

İranda həbsxanada qiyam: ölən və yaralananlar var  

İran paytaxtının şimal-qərbində yerləşən Kərəc həbsxanasında baş verən iğtişaşlar zamanı bir məhbus ölüb, çox sayda məhbus yaralanıb.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA Əlborz vilayətinin baş prokuroru Hüseyn Fəzli Xerikəndinin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Kərəc həbsxanasının narkotiklə ittihamı ilə məhkum olunmuş şəxslər saxlanan şöbəsində məhbuslar arasında toqquşma olub.
Prokuror bildirib ki, münaqişə zamanı bir nəfər ölüb, çox sayda məhbus müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xerikəndinin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra qarşıdurma dayanıb. Saxlanılan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məhbusların üsyan etdiyini bildirib.
Təşkilatın məlumatına görə, administrasiya ölüm hökmü çıxarılmış məhkumu edam üçün başqa kameraya köçürdükdən sonra məhkumlar iğtişaş törədib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38