İranda azərbaycanlı şair və rəssam HƏBS EDİLDİ
26 dekabr 2022 10:03 (UTC +04:00)

İranda azərbaycanlı şair və rəssam HƏBS EDİLDİ

İranda repressiv qüvvələrin xalqa qarşı amansız rəftarı davam edir.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, ölkədə daha bir azərbaycanlı şair və karikaturaçı rəssam həbs edilib.

Məlumata görə, Ərdəbil şəhər sakini Səid Hafizi SEPAH terrorçuları tərəfindən saxlanılıb.

Onun harada olması barədə məlumat yoxdur.

Səid Hafizi həbsdə olarkən vəkil hüququndan və telefon danışıqlarından da məhrum edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Sevinc Fərid

Oxşar yazılar