İranda molla rejiminə qarşı etiraz aksiyaları 3 aydan çoxdur ki, davam edir.
Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, bu aksiyalarda rejimin xalqa qarşı amansız rəftarı bitmək bilmir.
Belə ki, insanlar repressiv qüvvələr tərəfindən günahsız yerə həbs edilərək edam cəzasına məhkum olunur.
Bunlardan biri də Zəncanlı Mina Əlixani adlı qadındır. Etirazlara görə saxlanılan azərbaycanlı məhkəmənin qərarı ilə 1 il həbs və 70 şallaq cəzasına məhkum edilib.