İnsanları yeyən  45 yaşlı timsah tutuldu
09 avqust 2024 13:16 (UTC +04:00)

İnsanları yeyən 45 yaşlı timsah tutuldu

Uqandada insan yeyən timsah tutulub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, timsah bir neçə ildir Albert gölündə işləyən balıqçılara hücum edirmiş.

Məlumata görə, timsah 2023-cü ilin yanvarından 2024-cü ilin iyuluna qədər bir neçə dəfə insanlara hücum edib. Bir nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

45 yaşında olduğu təxmin edilən sürünənin uzunluğu 4,5 metr, çəkisi isə 500 kiloqramdır. Dövlətin aidiyyatı qurumu timsahın balıqçılara hücum etməsinin qarşısını almaq üçün onu daha da uzağa köçürməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155
avatar

Oxşar yazılar