İnsan təqsiri üzündən nəsli kəsilən  ilk dəniz balığı
28 dekabr 2023 04:17 (UTC +04:00)

İnsan təqsiri üzündən nəsli kəsilən ilk dəniz balığı

Alimlər insan təqsiri üzündən nəsli kəsilən ilk dəniz balığı növünün adını açıqlayıblar. Bu, Yava skatıdır (Urolophus javanicus).

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Avstraliyanın Çarlz Darvin Universitetindən olan bioloqlar populyasiyanın vəziyyətini qiymətləndiriblər. Yemək qabı ölçüsündə olan skat 1862-ci ildə Cakarta balıq bazarında tapılan yalnız bir nümunədən məlum idi. Tədqiqatlara və bazarların ətraflı monitorinqinə baxmayaraq, o vaxtdan bəri alimlər bu balığın mövcud olmasına dair heç bir sübuta rast gəlməyiblər. Nəslin kəsilməsinə intensiv və ümumilikdə nizamsız balıqçılıq səbəb göstərilib. Yava adasının şimal sahilində, xüsusilə skatların olduğu Cakarta körfəzində də sənaye müəssisələri fəaliyyət göstərir. Bu isə ekosistemlərin tənəzzülünə və uzunmüddətli itirilməsinə gətirib çıxarır.

“Bu təsirlər, təəssüf ki, Yava skatının nəslinin kəsilməsinə səbəb olacaq qədər ciddi olub”, – deyə ekspertlər bildiriblər.

“Qırmızı kitab”a nəsli kəsilməkdə olan 120 dəniz balığı növü daxil edilib. Bundan başqa, bütün məlum şirin su balıq növlərinin dörddəbiri nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Alimlər vurğulayıb ki, müxtəlif növlər ekosistemin ayrılmaz tərkib hissəsidir və onun davamlılığı üçün həyati əhəmiyyət kəsb edirlər”, - deyə “Science Alert” nəşrində deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5556
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35