İndoneziyada DƏHŞƏTLİ QƏZA:  16 ölü, 18 yaralI VAR
22 dekabr 2025 06:41 (UTC +04:00)

İndoneziyada DƏHŞƏTLİ QƏZA: 16 ölü, 18 yaralI VAR

0

İndoneziyada avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, 18 nəfər isə xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə Semaranq şəhəri dairəsinin axtarış-xilasetmə xidmətinin rəhbəri Kompas nəşrinin YouTube kanalında məlumat verib.

Onun sözlərinə görə, son məlumatlara əsasən, xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Qeyd olunub ki, avtobus Cakarta–Cokyakarta marşrutu üzrə yüksək sürətlə hərəkət edərkən yol kənarındakı qoruyucu baryerə çırpılıb və aşıb.

Qəza nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdirilib və hazırda həkimlərin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar