Belçikada ikinci əl mağazasına gətirilən qadın çantasından təxminən 23 min avro (690 min lirə) çıxıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, çantanın sahibi hələ də tapılmayıb.
Çanta Belçikanın şərqindəki Limburq bölgəsindəki Maasland qəsəbəsindəki ikinci əl mağazasında olub.
Pulu xidmətçi işlənmiş əşyaların yenidən satışa yararlı olub-olmadığını araşdırarkən tapıb.