Bir-birlərinin varlığından xəbərsiz olan qardaşlar 85 ildən sonra bir araya gəliblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə bir-birlərinin varlığından xəbərsiz olan 87 yaşlı Allen və kiçik qardaşı Con 85 illik ayrılıqdan sonra ilk dəfə bir araya gəlib.
Allen anası ilə birlikdə böyüyüb. Atası altı aylıq olanda onları tərk edib.
Con isə atasını heç görməyib. Onu nənəsi və xalası böyüdüb. Conun qohumları atasının döyüşdə öldüyünü iddia ediblər. Lakin sonradan məlum olub ki, o, 1980-ci ildə 68 yaşında vəfat edib.
2023-cü ilin əvvəlində Conun nəvəsi Allen barədə məlumat tapıb. Allenə şəxsə zəng edərək onun Conun qardaşı olduğunu deyib. Con və Allen qardaş olduqlarını biləndən sonra dərhal görüşüblər.