İki jurnalist diri-diri yandırıldı -  YENİLƏNİB
07 yanvar 2022 15:47 (UTC +04:00)

İki jurnalist diri-diri yandırıldı - YENİLƏNİB

Haitidə cinayətkarlar dəstəsi Port-o-Prinsdə bir məhəllədə cinayətkarlıqdan  və təhlükəsizliyin qorunmadığını işıqlandıran iki jurnalisti - Vilqen Lusen və Amadi Con Vesleyi  diri-diri yandırıblar.

Lent.az xarici mediaya istinadla bildirr ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Üçüncü jurnalist qaça bilib. Hadisənin təfərrüatları və quldurların jurnalistlərə qarşı belə amansız qətliam törətməsinin səbəbləri məlum deyil.
 

***

08:17

Haitinin paytaxtında 2 jurnalisti silahlı qruplaşma qətlə yetirib.

Lent.az-ın xəbərinə görə, bu barədə jurnalistlərin əməkdaşlıq etdiyi media qurumları məlumat verib. “Radio Ecoute FM”in əməkdaşları Vilqen Lusen və Amadi Con Vesley şəhər ətrafındakı məhəllələrdən birində güllələnib. Onlarla birlikdə olan üçüncü jurnalist qaça bilib. 

Haiti ordusunun və polisin təchizatı pis olduğu üçün silahlı qruplaşmalara qarşı mübarizə apara bilmir. Polisin 2 ay əvvəl paytaxtın kriminal məhəllələrindən birinə qarşı keçirdiyi əməliyyatda 4 qanun keşikçisi öldürülüb. Onların meyitlərini bu günədək almaq mümkün olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3078
avatar

Oxşar yazılar