Hulusi Akar
07 yanvar 2022 00:07 (UTC +04:00)

Hulusi Akar

Hulusi Akar: "Türkiyə istehlak etmir, istehsal edir, idxal etmir, ixrac edir”

0

Müdafiə sahəsində güclü və müstəqil olmayan millətlərin gələcəklərini etibarlı şəkildə qurması qeyri-mümkündür. 

Lent.az-ın APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bir sıra hərbi sənaye obyektlərinin rəsmi açılışı mərasimində deyib. 

"Türkiyə artıq istehlak etmir, istehsal edir, idxal etmir, ixrac edir, müdafiə və təhlükəsizliyini başqa ölkələrin iradəsinə uyğun olaraq deyil, öz imkanları ilə təmin edir, və həmdə dost, qardaş dövlətlərin ehtiyaclarını da ödəyir". 

Nazir müdafiə sahəsində güclü və müstəqil olmayan millətlərin gələcəklərini etibarlı şəkildə qurmasının mümkün olmadığını da vurğulayıb: "Biz indi yerli avtomatlarımızı, ağıllı dəqiq döyüş sursatlarımızı, milli dəniz artilleriyasini,  yaylım atəşli reaktiv sistemləri, Fırtına haubitsalarını, PUA, silahlı PUA, hücum PUA-ları, ATAK helikopterlərini, freqatlarımızı və döyüş gəmilərimizi layihələndirmək, istehsal və ixrac etmək səviyyəsinə çatmışıq".  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1231

Oxşar yazılar