Hazırda Ukrayna dünyanın ən çox minalanmış ölkəsidir və ordu cəbhə xəttini təmizləməyə qadir insan və texnikanın kəskin çatışmazlığını yaşayır.
Lent.az-ın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “The Guardian”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri Ukraynanın hücumuna qarşı durmağa çalışmaq üçün rus qoşunlarının yerləşdirdiyi hər kvadrat metrə görə beş mina çıxarır.
Reznikov qeyd edib ki, böyük mina sahələrini keçmək olar, lakin Müttəfiqlərin bəzi ölkələrin, o cümlədən Böyük Britaniyanın artıq həyata keçirdiyi təlimlərin genişləndirməsi və sürətləndirməsi vacibdir.