Həkimlər gənc oğlanı aldadıb sinəsinə silikon vurdular
14 avqust 2024 16:44 (UTC +04:00)

Həkimlər gənc oğlanı aldadıb sinəsinə silikon vurdular

Çində plastik cərrahiyyə klinikasının həkimləri kişini aldadaraq döş implantları qoyublar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 19 yaşlı oğlanın anasının sözlərinə görə, oğlu ruhi xəstədir. Qadın deyib ki, oğlunun ağlı beş yaşlı uşaq ağlına bərabərdir, ona görə də onun daimi qayğıya ehtiyacı var. Buna baxmayaraq, oğlan plastik cərrahiyyə klinikasında işə düzəlməyə çalışıb, burada ona tam dəstək və 400 dollar maaş vəd edilib.

Ananın dediyinə görə, orada uşağını aldadıb yeni görkəmlə canlı yayımlar apararaq “böyük pul” qazana biləcəyini iddia ediblər və sinəsini böyütdürüblər. Oğlu əvvəlcə bu fikrin əleyhinə olsa da, lakin sonda prosedura razılaşıb və hətta bunun üçün pul ödəyib.

Qadın deyir ki, oğlu ondan gizli şəkildə əməliyyat üçün 4000 dollar kredit götürüb və nəticədə onun həyatını məhv edib. Təkrar sınaqlardan sonra klinika implantın çıxarılmasına razılıq verib, lakin çinli qadın indi günahkarların məsuliyyətə cəlb olunmasını tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar