Təsəvvür edin, bu ölkədə uşaqlar çayları ancaq dərsliklərdə görürlər, yağış isə dərsləri ləğv edən bir bayrama çevrilir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu fantaziya deyil, Səudiyyə Ərəbistanında belədir. Xəritədə onu yalnız qurumuş çay yataqları – vadilər kəsib keçir, lakin bu ölkədə ildə bir dəfə belə axan daimi çay yoxdur.
Ərazisinin 95 faizini səhralar tutur, yayda temperatur 50°C-yə çatır. Amma bu çətin şəraitdə 36 milyon insan yaşayır, göydələnli şəhərlər salınır, bucaqlarda buğda yetişdirilir. Bəs onlar susuzluğa necə qalib gəliblər?
Lent.az bununla bağlı məlumatları sizə təqdim edir:
Neft və texnologiya
1930-cu illərdə ölkə qumlar altında təkcə su yox, həm də “qara qızıl”ın – neftin gizləndiyini kəşf etdi. Neftdən gələn gəlir Səudiyyə Ərəbistanını quraqlığa qarşı laboratoriyaya çevirdi.
Bu gün içməli suyun 70 faizi dənizdən əldə olunur.
Böyük duzsuzlaşdırma zavodları sutka ərzində fasiləsiz işləyir və Fars körfəzinin sularını təmizləyərək içməli suya çevirir.
Gündəlik istehsal - 7 milyon kubmetr su, bu isə 2800 olimpiya hovuzunu doldurmaq üçün kifayətdir.
Amma problemlər də var
Duzsuzlaşdırma bahalıdır, çoxlu enerji tələb edir. Təbiətə ziyanlıdır: geriyə axıdılan duzlu su balıqları və mərcanları öldürür. Buna görə də səudiyyəlilər daha dərinə qazırlar – səhra altında min illər əvvəl dolmuş yeraltı su hövzələri var. Bu qədim su anbarları əsasən kənd təsərrüfatında istifadə olunur, lakin su ehtiyatları tükənir bərpası istehlakdan daha yavaşdır.
Su istismarı
Bir kiloqram buğdanı səhra şəraitində yetişdirmək üçün 4000 litr su lazımdır. Bu, Almaniyadan 10 dəfə çoxdur. Bunu anlayan hökumət əkin sahələrini azaldıb, indi taxılı xaricdən alır.
Alternativ mənbə: “Duman tələləri”
Ölkənin qərbində rütubətin 90 faizə çatdığı ərazilərdə havadan su yığmaq üçün tor şəbəkələr qurulub. Bu sadə üsul gündə 6000 litr su toplaya bilir – su xətti olmayan kiçik kəndlər üçün kifayət edir.
Sərt qənaət mədəniyyəti
Duş kabinələri az yayılıb, əvəzində ənənəvi küpələrdən istifadə olunur. Məscidlərdə kranlar 3 saniyəyə avtomatik bağlanır. Açıq qalmış krana görə cərimə tətbiq oluna bilər.
Gələcək: Günəş və təmizləmə
Səudiyyə Ərəbistanı sübut edir ki, pul və iradə “mümkünsüzü” gündəlik həyata çevirə bilər. Lakin bu nailiyyətin böyük bədəli var: 50 ilə yeraltı sular tükənə bilər,
Ölkə yeni yollar axtarır
Günəş enerjisi ilə işləyən duzsuzlaşdırma stansiyaları tikir, kanalizasiya sularını təmizləyərək kənd təsərrüfatında istifadə etməyi öyrənir.