Anasını və nənəsini  öldürən yeniyetməyə HÖKM OXUNDU
03 dekabr 2025 15:10 (UTC +04:00)

Anasını və nənəsini öldürən yeniyetməyə HÖKM OXUNDU

0

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetmə S.A-nın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az  xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökmə əsasən, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. 

Xatırladaq ki, Goranboy rayon prokurorluğunun yaydığı məlumata görə, 2025-ci ilin iyulun 25-də saat 2 radələrində Goranboy rayon sakinləri 47 yaşlı Lalə İsmayılova və 77 yaşlı Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 15 yaşlı S.A-nın aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar