8-ci mərtəbədən düşüb öldü:  Televizora baxan ərinə polis xəbər verdi
03 dekabr 2025 19:07 (UTC +04:00)

8-ci mərtəbədən düşüb öldü: Televizora baxan ərinə polis xəbər verdi

0

Alzheimer xəstəsi olan 70 yaşlı Suzan Demir Antalyadakı səkkizinci mərtəbədəki evinin eyvanından yıxılaraq ölüb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, həmin vaxt evdə televizora baxan əri onun ölümünü polis və tibb işçilərindən öyrənib.

Hadisə Muratpaşa rayonunun Meltem məhəlləsindəki Tarık Akıltopu küçəsində gecə yarısı baş verib. Alzheimer xəstəliyindən əziyyət çəkən Suzan Demir tarazlığını itirərək səkkizinci mərtəbədəki mənzilinin eyvanından yıxılıb.

Qonşular səs-küyü eşidiblər və bu barədə Təcili yardım mərkəzinə məlumat veriblər. Hadisə yerinə gələn təcili yardım işçiləri Demirin öldüyünü müəyyən ediblər. 

Polislər hadisə barədə Suzan Demirin ərinə məlumat veriblər. Xəbəri eşidən kişi şoka düşüb. 

Hadisə ilə bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 171

Oxşar yazılar