“iPhone” saatının batareyaya qənaət  rejimində MARAQLI DETAL
03 dekabr 2025 18:25 (UTC +04:00)

“iPhone” saatının batareyaya qənaət rejimində MARAQLI DETAL

0

iPhonedə enerji qənaəti rejiminin kiçik, lakin maraqlı təsiri üzə çıxıb. Məlum olub ki, fon proseslərinin məhdudlaşdırılması ilə yanaşı, ev ekranındakı saat simvolunun animasiyası da dəyişir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, adi rejimdə telefon işlədiyi zaman simvoldakı saniyə əqrəbi demək olar ki, mexaniki saatdakı kimi hamar və fasiləsiz hərəkət edir. Lakin enerji qənaəti rejimi aktivləşdirildikdə animasiya dəyişir, saniyə əqrəbi artıq addım-addım tıklayaraq hərəkət edir, yəni kvars saatı kimi davranır.

Bu fərqi Reddit istifadəçiləri qeyd ediblər və bir çoxları Applenin belə xırda detala qədər düşünməsinə təəccübləniblər. İstifadəçilərdən biri bunun ilk dəfə iOS 26 yenilənməsindən sonra diqqətinə çarpdığını bildirib. Texniki baxımdan bu optimallaşdırma məntiqli görünür. Hətta Apple fanatlarından biri zarafatla şikayət edib ki, artıq mexaniki xronoqrafını iPhone ilə dəqiq tutuşdura bilmir, çünki saniyə əqrəbi daha hamar hərəkət etmir.

Enerji qənaəti rejimi batareyanı hansısa “sehirli üsulla” deyil, sadəcə lazımsız fon aktivliyini azaltmaqla qoruyur, məsələn, hava yeniləmələrini daha gec həyata keçirir və görünür ki, hətta saat simvolunun animasiyanın yükünü də azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar