Bakıda kişini öldürüb parçalarını Ağsuya atmışdılar  - Məhkəmə BAŞLADI
03 dekabr 2025 17:21 (UTC +04:00)

Bakıda kişini öldürüb parçalarını Ağsuya atmışdılar - Məhkəmə BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Fazil Feyzullayev və Abasov Ülvinin cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına təyin olunduğunu, prosesin 10 dekabr saat 15:00-a təyin olunduğunu elan edib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur. 

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar