Uşaqlarla emosional əlaqəni  necə gücləndirmək olar?
03 dekabr 2025 15:26 (UTC +04:00)

Uşaqlarla emosional əlaqəni necə gücləndirmək olar?

0

Valideynlə uşaq arasındakı emosional bağlılıq ailədə sevgi və etimadın əsasını təşkil edir. Buna görə hər bir ana və ata bunun üçün müəyyən səylər göstərməlidir. Bu, bir gün qaydalara əməl etməklə əldə olunmur söhbət uzunmüddətli prosesdən gedir və bu proses gələcəkdə yalnız fayda verəcək.

Lent.az bu məsləhətləri təqdim edir:

Mütəxəssislər qeyd edirlər ki, uşaqlarla emosional bağın gücləndirilməsi üçün gündə cəmi yarım saat kifayətdir. Amma şərt budur ki, bu vaxt yalnız uşağa həsr olunmalı, başqa işlər və telefonlar kənarda qalmalıdır. Bundan əlavə, gün ərzində bir neçə dəfə təkrarlanan qucaqlaşmalar çox önəmlidir.

Həftədə bir neçə dəfə birlikdə hansısa yerə çıxmaq lazımdır. Bu, sadə park gəzintisi, sərgi ziyarəti və ya hovuz ola bilər. Ünsiyyət də mütləqdir, amma sadəcə “bugün bağçada və ya məktəbdə günün necə keçdi?” deyə soruşmaq kifayət etmir.

Uşağı fəal şəkildə dinləmək, onun hisslərinə və əhvalına maraq göstərmək lazımdır. Uşaq daha böyük yaşdadırsa, hamiləlik və körpəlik dövrünə aid fotolara birlikdə baxmaq olar. Eləcə də, ana və atalar uşaqlarla daha çox hekayələr bölüşməlidirlər. Amma bu hekayələr uşağı yormamalı, yaşına uyğun olmalıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar