Adam öldürən yazıçı  villasında TUTULDU: 7 kitabına imza günü  keçirəcəkdi
03 dekabr 2025 17:56 (UTC +04:00)

Adam öldürən yazıçı villasında TUTULDU: 7 kitabına imza günü keçirəcəkdi

0

Türkiyədə adam öldürməkdə şübhəli bilinən yazıçı saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis sosial şəbəkədə “Ali Demir Evrensel” adlı hesabın paylaşımlarından şübhələnərək, araşdırmaya başlayıb. Həmin şəxs göstərilən profildə 7 kitab yazdığını və onlar üçün imza günü təşkil etdiyini paylaşıb.

Polis araşdırma zamanı həmin şəxsin 4 aydır axtarılan, barəsində 38 ildən çox həbs qərarı verilən 49 yaşlı Ramazan Evrensel olduğunu müəyyən edib.

Məlumata görə, o, qəsdən adam öldürmə və sənədləri saxtalaşdırma maddələri ilə ittiham olunub. Polisin Adana şəhəri, Seyhan qəsəbəsində villada keçirdiyi əməliyyat zamanı Ramazan Evrensel saxlanılıb və o, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar