Ajda Pekkanın MÖHTƏŞƏM EVİ  – yenilənməsinə 30 milyon verdi
03 dekabr 2025 11:46 (UTC +04:00)

Ajda Pekkanın MÖHTƏŞƏM EVİ – yenilənməsinə 30 milyon verdi

0

Türkiyəli müğənni Ajda Pekkan Bodrumdakı villasının 4 il davam edən təmirini başa çatdırıb. Məlumata görə, məşhur müğənni təmir işlərinə ümumilikdə 30 milyon TL sərmayə yatırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, villanın mətbəx, hamam, döşəmə və hovuz bölmələri tamamilə yenidən qurulub, qara-boz tonların üstünlük təşkil etdiyi xüsusi dizayn mebellər isə Feng Shui prinsiplərinə uyğun şəkildə yerləşdirilib.

Müasir və zərif elementlərlə dizayn edilən villa geniş salonu, SPA sahəsi, hovuzla bağlantılı açıq məkanı və geniş bağçası ilə böyük maraq doğurur. Ajda Pekkan ilin böyük hissəsini burada keçirəcək. Onun Bodrumdakı yeni qonşusu isə Türkiyənin məşhur müğənnisi Ebru Gündeşdir.

Xatırladaq ki, Pekkan bu villanı 2013-cü ildə çəkildiyi reklam kampaniyasından pul əvəzinə mülk olaraq əldə etmişdi. Daha öncə bir şokolad markasının siması kimi 40 milyon TL gəlir əldə edən sənətçi həmin vəsaiti daşınmaz əmlaka yatırmağa qərar vermişdi.

Ən varlı məşhurlar sırasında ilk sıralardan yer alan sənətçinin bank hesabının 70 milyon dollara çatdığı bildirilir. Bununla yanaşı o, bir çox lüks köşk və villalara sahibdir. Pekkan son aylarda 8,6 milyon dollara satışa çıxardığı digər dəbdəbəli malikanəsi ilə də gündəmdə olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar