Canavarlar iki uşağı yedilər:  biri 10 aylıqdır
03 dekabr 2025 14:26 (UTC +04:00)

Canavarlar iki uşağı yedilər: biri 10 aylıqdır

0

Hindistanda canavarlar 2 uşağı yeyiblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, hər iki hadisə Uttar-Pradeş ştatında baş verib. İlk zərərçəkən beş yaşlı oğlan evinin yaxınlığında oynayarkən iki qurd ona hücum edib.

Qurdlar uşağı şəkər qamışı plantasiyasına aparıblar. Daha sonra sakinlər uşağı evdən təxminən 500 metr məsafədən tapıblar. Azyaşlını xilas etmək mümkün olmayıb.

İkinci hadisədə isə yırtıcılar on aylıq qızı anasının yanından götürüblər. Ana övladının qışqırığını eşidərək, qonşuları kömək çağırıb.

Kömək çatanda heyvanlar artıq uşağı ərazidən uzaqlaşdırıb. Onu təxminən 800 metr uzaqda tapıblar və onun da həyatını xilas etmək mümkün olmayıb.

Yerli hakimiyyətin məlumatına görə, son üç ayda yırtıcı heyvanların hücumlarından 48 nəfər zərər çəkib, onlardan 10-u ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar