Havada mühərriki sönmüş sərnişin təyyarəsi   Aşqabadda eniş etdi
23 dekabr 2025 04:40 (UTC +04:00)

Havada mühərriki sönmüş sərnişin təyyarəsi Aşqabadda eniş etdi

0

Ural Hava Yollarına məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi mühərriki sönülü vəziyyətdə Aşqabadda eniş edib.

Lent.az xəbər verir ki, bu barədə Aviaşirkətin mətbuat xidməti “Telegram” kanalında məlumat verib.

Məlumata görə Ural Hava Yollarına məxsus təyyarə yanacaq səviyyəsindəki uyğunsuzluq səbəbilə Aşqabad hava limanına təcili eniş edib.

"Uçuş təhlükəsizliyini təmin etmək üçün təlimatlara ciddi şəkildə uyğun hərəkət edərək, təyyarə mühərriki söndürüb və ən yaxın aerodromda təhlükəsiz eniş edib", - məlumatda deyilir.

Hadisə zamanı heç kimin zərər görmədiyi təyyarənin Dubaydan Yekaterinburqa U6-738 reysi ilə uçduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar