ABŞ-nin Denver ştatında hava limanının dayanacağında səddi sındıran pilot məhkəməyə verilib.
Lent.az xəbər verir ki, bu barədə "Aviaincident" "Telegram" kanalı məlumat yayıb.
Hadisə baş verən gün hava limanının dayanacağında tıxac yaranıb.
Bu "Boeing 757/767" pilotunun xoşuna gəlməyib.
Kişi baltanı çıxararaq səddə 23 zərbə endirib. Maneə aradan qaldırılarkən pilot hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Aeroport rəsmilərinin sözlərinə görə, tıxacın yaranmasına səbəb sürücülərin xidməti dayanacaqdan çıxmaq üçün lazımi icazələrin olmamasıdır.
Hazırda faktla bağlı araşdırma aparılır. Prosesin sonuna qədər amerikalının uçuşu dayandırılır. Bu iş üzrə məhkəmə iclası sentyabrın sonuna təyin edilib.