Türkiyədə hamilə qadının olduğu avtomobilin şüşələrini yumruqlayan şəxs tutulub.
Lent.az NTV-ə istinadən xəbər verir ki, hadisə Küçükçekmece D-100 şosesində baş verib.
Sürücülər arasında yol vermək məsələsinə görə mübahisə yaranıb.
Müzakirədən sonra Oğulcan A. avtomobili ilə Orhan Balın idarə etdiyi avtomobilin qarşısını kəsib.
Oğulcan A. avtomobilindən düşərək, digər sürücü Orhan Balın avtomobilinin pəncərəsini vuraraq qapını açmağa çalışıb. Maşında olan Balın hamilə arvadı və qohumları qorxu içində izləyiblər. Maşına yumruq atan Oğulcan A. bir müddət sonra maşınına tərəf gedib və yoluna davam edib.