Gürcüstanda rusiyalını öldürməkdə şübhəli bilinən POLİSLƏRƏ QUMBARA ATDI
20 oktyabr 2021 06:18 (UTC +04:00)

Gürcüstanda rusiyalını öldürməkdə şübhəli bilinən POLİSLƏRƏ QUMBARA ATDI

Gürcüstanda Rusiya vətəndaşı Anastasiya Şatalovanın qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qətl hadisəsi oktyabrın 18-də paytaxt Tbilisinin Qazapxuli küçəsində baş verib. 1994-cü il təvəllüdlü A.Şatalova hadisə yerində dünyasını dəyişib.

Polis əməkdaşları qətldən sonra şübhəlilərdən ikisi saxlanılıb. Polis əməkdaşları hadisənin iştirakçısı olan üçüncü şəxsin ünvanına gedərkən şübhəli asayiş keşikçilərinə əl qumbarası atıb. Partlayıcı mühəndis-istehkamçılar tərəfindən zərərsizləşdirilib.
 

# 1053
avatar

Oxşar yazılar