Gürcüstanda qəzaya uğrayan təyyarədə hərbi sursat olmayıb - NAZİRLİK
13 noyabr 2025 13:43 (UTC +04:00)

Gürcüstanda qəzaya uğrayan təyyarədə hərbi sursat olmayıb - NAZİRLİK

0

Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb.

Lent.azın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik təyyarədəki heyətin Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olduğunu açıqlayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin sonuncu dəfə saat 13:50-də Tbilisi ilə əlaqə saxladığını bildirib: “11 noyabrda Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Bazasına məxsus 68-1609 nömrəli C-130E tipli təyyarə canlı qüvvə və materialların daşınması məqsədilə saat 09:02-də Kayseridən Gəncəyə uçub. Zəfər günü tədbriləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-lara texniki xidmət materialları çatdırmaq üçün 13:15-də yenidən havaya qalxıb. 13:50-də Tbilisi ilə son dəfə rabitə əlaqəsi qurulub, bundan sonra təmas kəsilib”.

Nazirlik təyyarənin qəzaya uğrama səbəbinin hələlik bilinmədiyini qeyd edib: “Təyyarə hələlik məlum olmayan səbəbdən Tbilisinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar