Gürcüstanda atışma:   22 yaşlı gənc 9 güllə yarası aldı
15 sentyabr 2021 21:26 (UTC +04:00)

Gürcüstanda atışma: 22 yaşlı gənc 9 güllə yarası aldı

0

Gürcüstanın paytaxtı Tbilisidə silahlı insident baş verib.

APA “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, Anjapirdze küçəsində qeydə alınan atışma nəticəsində 22 yaşlı Gürcüstan vətəndaşı Nika Kvaratsxelia 9 güllə yarası alıb. 

Xəstəxanaya yerləşdirildiyi bildirilən yaralının vəziyyəti ilə bağlı məlumat verilməyib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Atışmanın iki nəfər arasında olduğu ehtimal edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1476

Oxşar yazılar