Gürcüstanın əsas müxalifət koalisiyasının lideri Nika Qvaramiya həbs edilib.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, “Dəyişiklik Koalisiyası”nın lideri Nika Qvaramiya inzibati qaydada həbs edilib.
Qeyd edək ki, polis bir neçə saat əvvəl bir sıra müxalifət partiyalarının və təşkilatlarının ofisinə daxil olaraq axtarış aparıb. Qvaramiyanın “Droa” partiyasının ofisində axtarış zamanı polislə fiziki qarşıdurma səbəbilə həbs edildiyi qeyd edilib.
Polisin bundan başqa bir neçə ictimai fəalı saxladığı bildirilir.