Göyərtəsində 200 kq narkotik  olan təyyarə sərt eniş etdi
01 oktyabr 2021 08:27 (UTC +04:00)

Göyərtəsində 200 kq narkotik olan təyyarə sərt eniş etdi

0

Dominikan Respublikasının cənubunda göyərtəsində təxminən 200 kq kokain olan yüngülmühərrikli təyyarə sərt eniş edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Dominikan Milli Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə yerində zərərçəkən tapılmayıb, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik ticarəti şəbəkəsi təşkil etməkdə şübhəli bilinən təyyarə sahiblərinin və pilotların axtarışları ilə məşğuldur.

Qeyd edək ki, təyyarə Dominikana Cənubi Amerikadan gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1297

Oxşar yazılar