Gənclər şəhərciyində bıçaqlanma
25 sentyabr 2022 05:07 (UTC +04:00)

Gənclər şəhərciyində bıçaqlanma

Mehdiabad qəsəbəsində dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə qəsəbədə yerləşən Gənclər şəhərciyində baş verib.
1962-ci il təvəllüdlü Rasim Qəhrəmanov tanışı tərəfindən yaşadığı binanın yaxınlığında bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

# 2196
avatar

Oxşar yazılar