Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub.
Lent.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub.
Şənbə günü əməliyyat olunan futbol əfsanəsi hazırda özünü yaxşı hiss etdiyini və ailəsinin əhatəsində olduğunu yazıb.