Fizika üzrə 2022-ci il "Nobel" mükafatı qaliblərinin adları bilinib.
Lent.az xəbər verir ki, qaliblərin elan olunma mərasimi İsveçin Stokholm şəhərində Kral Elmlər Akademiyasında baş tutub. Qaliblər fransız fizik, kvant optikası üzrə mütəxəssi Alain Aspect, kvant mexanikası üzrə ixtisaslaşmış amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger olub.
Onlar bu mükafata “Bell bərabərsizliklərinin pozulmasını təyin edən və Kvant məlumat elmi olan dolaşıq fotonlara dair təcrübələr üçün” layiq görülüblər.