Mirta Dias-Ballart
07 iyul 2024 10:41 (UTC +04:00)

Mirta Dias-Ballart

Fidel Kastronun ilk həyat yoldaşı vəfat etdi

Kubanın sabiq lideri Fidel Kastronun ilk həyat yoldaşı Mirta Dias-Ballart 95 yaşında vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə onun nəvəsi Fidel Antonio Kastro Smirnov X hesabında paylaşım edib.

Qeyd edək ki, Dias-Ballart 1948-ci ildə Fidel Kastro ilə ailə qurub, 1 il sonra oğulları Fidel dünyaya gəlib. 1955-ci ildə Kubada növbəti uğursuz inqilab cəhdindən sonra cütlüyün yolları ayrılıb. Daha sonra Dias-Ballart İspaniyaya köçüb və ömrünün sonuna qədər bu ölkədə yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Oxşar yazılar