“Fənərbaxça” prezidentinə narkotik ittihamı: məhkəməyə çağırıldı
19 dekabr 2025 20:36 (UTC +04:00)

“Fənərbaxça” prezidentinə narkotik ittihamı: məhkəməyə çağırıldı

0

Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün məhkəməyə çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, Saranın evində axtarış aparılıb. Hazırda İtaliyanın Milan şəhərində olan klub rəsmisi sabah səhər ölkəyə dönərək ifadə verəcək.

Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabr ayında "Fənərbaxça"nın prezidenti seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar