ABŞ-da “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində problemlər yaranıb.
APA xəbər verir ki, bunu məşhur internet-resursların fəaliyyətini izləyən “Downdetector” xidməti göstərib.
Məlumata görə, “Facebook” istifadəçilərinin 38%-i sosial şəbəkənin tamamilə bağlanmasından şikayətlənib, 32%-i hesablarına daxil olmaqda çətinlik çəkib, 29%-i isə xəbər lentini izləməkdə problemlə üzləşib.
Problem olduğundan şikayətlənən “Instagram” istifadəçilərinin isə təxminən 65%-i xəbər lentini izləməkdə, 20%-i hekayələr bölümünü açmaqda, digər 15%-i də hesablarına daxil olmaqda çətinliklə üzləşib.