Evli qadına  eşq elan   etdi, əri döydü və...
10 avqust 2023 18:45 (UTC +04:00)

Evli qadına eşq elan etdi, əri döydü və...

Amerikada bir qadın ərinin mebel mağazasında işləməyə başlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qadın atası ilə birlikdə salonda olarkən ventilyatoru təmir etmək üçün elektrik çağırıblar.

Bu zaman mağazaya gələn elektrik qadına gözəl olduğunu və onunla əylənmək istədiyini bildirib. Qadın evli olduğunu desə də, elektrik buna məhəl qoymayıb. O bildirib ki, qadının evli olması onu narahat etmir. Qadın kişini rədd edib. Elektrik işini bitirdikdən sonra divan yastıqlarının üzərinə bir qeyd qoyaraq gedib.

Qeyddə “Sənə problem olmağa çalışmıram. Amma evli olsan da, çox gözəlsən. Nə vaxt istəsən görüşə bilərik. Ya da istəsən başqa şey də edə bilərik. Buna məmnun olaram”, - yazılıb.

Qadın buna əsəbiləşərək hər şeyi ərinə danışıb. Qadının əri həmin elektriki tapıb və onu döyüb. Bir daha bunu etməməsi barəsində də xəbərdarlıq edib. Daha sonra isə elektriki gətirərək həyat yoldaşından üzr istəməsini istəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Oxşar yazılar