Evinə od vurdu, sosial şəbəkədə paylaşdı
25 mart 2023 08:15 (UTC +04:00)

Evinə od vurdu, sosial şəbəkədə paylaşdı

İstanbulda evini yandıraraq onu sosial mediada paylaşan şəxs saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bağçılar məhəlləsində qeydə alınıb.

Üçmərtəbəli binanın çardaq hissəsində yaşayan şəx hələlik bilnməyən səbəbdən evinə od vurub.

Qısa zamanda yanğın bütün mərtəbəyə yayılıb və bina sakinləri çölə axışıb.

Əraziyə gələn yanğınsöndürənlər hadisənin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

# 1425
avatar

Oxşar yazılar