Ermənistanın müharibədə itirdiyi hərbçilərinin sayı artdı
10 iyun 2021 22:58 (UTC +04:00)

Ermənistanın müharibədə itirdiyi hərbçilərinin sayı artdı

İşğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 erməni hərbçisinin qalıqları tapılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məumat yayıb.

Məlumata görə, qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1567 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.

# 1944
avatar

Oxşar yazılar