Ermənistan Qafanda 2 hərbçisini itirdi - YENİLƏNİB
22 avqust 2022 10:25 (UTC +04:00)

Ermənistan Qafanda 2 hərbçisini itirdi - YENİLƏNİB

Yol qəzasında ölən ermənilərin kimliyi məlum olub.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, saat 1:30-da Ararat rayon sakini, 29 yaşlı Fəhrad Akopyanın idarə etdiyi “Opel Astra” markalı avtomobil Qafan şəhərində gələn zolağa çıxaraq beton maneəyə, daha sonra isə ağaca çırpılıb.

Qəza nəticəsində Akopyan və onun 37 yaşlı sərnişini, həmçinin Ararat rayon sakini Suren Pirumyan Qafan tibb mərkəzinə, digər sərnişin, 28 yaşlı Ararat rayon sakini isə xəstəxanaya yerləşdirilib. Razmik Akopyan hadisə yerində ölüb.

Suren Pirumyan xəstəxanada dünyasını dəyişib.

Qeyd olunur ki, qəzaya düşənlər Ermənistan Müdafiə Nazirliyinin hərbçiləridir.

***

saat 23:50

Ermənistanın Sünik vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın Ermənistan KİV-lərinə istinadla xəbərinə görə, Ararat vilayəti sakini Fərhad Akopyanın idarə etdiyi avtomobil Qafan şəhərində yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü və bir sərnişin ağır yaralanıb, digər sərnişin hadisə yerində ölüb. Həkimlərin səylərinə baxmayaraq xəstəxanaya yerləşdirilən sərnişin də dünyasını dəyişib.

Avtomobilin sürücüsü və sərnişinlər eyni yerdə xidmət keçən hərbçilər olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Oxşar yazılar